USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik Müsavat Partiyasına 30 gün vaxt verdi

19.07.2023 Siyasət
0 0
“Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq. Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb və s. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir”.

Kommersant.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəyik. Bu da yetərli olmasa daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq” – A.Hacılı əlavə edib.