USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ayxan Hacızadə Ermənistan XİN müavininə cavab verdi

04.08.2023 Siyasət
48 17
44 günlük müharibə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin və kütləvi etnik təmizləmə aparmasının nəticəsində yaranan azadlıq müharibəsi idi.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tvitterdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın səsləndirdiyi fikirlərə cavab olaraq yazıb.

"Ermənistan 28 il ərzində danışıqlardan imtina etdi, bütün sülh təkliflərini rədd etdi, “Qarabağ Ermənistandır” deyə iddia etdi, Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” ilə hədələdi.

Azərbaycanın fəaliyyəti həmişə daxili qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”, - deyə A.Hacızadə bildirilib.