Rusiya prezidenti Putinlə prezident Ərdoğanın yaxın vaxtlarda görüşəcəyi açıqlanıb.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə prezident Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda görüşəcəyini açıqlayıb.
"Bu görüşün yaxın vaxtlarda keçiriləcəyi ilə bağlı anlaşma var. Biz adətən elanlarımızı xarici tərəfdaşlarımızla əlaqələndiririk. Yaxın vaxtlarda sizə məlumat verəcəyik. Hazırlıq davam edir", - deyə Peskov bildirib.