Rusiya Müdafiə Nazirliyi son bir həftədə Qərb silahlarını, qanadlı raketləri və Ukraynada tükənmiş uran sursat anbarlarını uzaqmənzilli raketlərlə vurduqlarını bildirib.
Rusiya Müdafiə Nazirliyi son bir həftədə Qərb silahlarını, qanadlı raketləri və Ukraynada tükənmiş uran sursat anbarlarını uzaqmənzilli raketlərlə vurduqlarını bildirib.
Nazirlikdən verilən açıqlamada Rusiya hərbi birləşmələrinin Ukraynadakı hərəkətləri barədə məlumat verilib.
Açıqlamada, Rusiya Silahlı Qüvvələrinin 17 sentyabr - 23 sentyabr tarixləri arasında Ukrayna hədəflərinə hücumlar təşkil etdiyi ifadə edilərək, "Rusiya ordusu təyyarə və zirehli maşın təmiri obyektlərinə, neft emalı zavodlarına, yüksək dəqiqlikli silahlara, uzunmüddətli silahlara hücum edib. Xarici istehsal silah və sursat anbarlarına, Ukrayna təxribat qruplarına və kəşfiyyat mərkəzlərinə, xarici muzdlu döyüşçülərin yaşayış məntəqələrinə qrup hücumları həyata keçirib" ifadələrindən istifadə olunub.