USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden Netanyahu ilə görüşüb: Dəstəyimiz davam edəcək

12.10.2023 Siyasət
0 0
İsrailin baş naziri Netanyahu ilə telefonla danışan ABŞ prezidenti Bayden İsrailə dəstəyinin davam edəcəyini bildirib.

Fələstinli silahlı qruplarla qarşıdurmaların 6-cı günə girdiyi bir vaxtda ABŞ prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harrisin İsrail baş naziri Binyamin Netanyahu ilə telefonla danışdığı bildirilir.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, görüşdə ABŞ-ın “İsrailin özünü müdafiə etməsi və xalqını qoruması prosesində” İsrailə dəstəyini davam etdirəcəyi bildirilib.

Liderlər “Həmas terrorçularının misli görünməmiş və dəhşətli hücumları” qarşısında müntəzəm əlaqə saxlamağa razılaşıblar.

İsrail-Fələstin münaqişəsi

Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin həyatını itirdiyi, 3300 israillinin isə yaralandığı bildirilib.

İsrailin hücumlarında Qəzzada 1203 nəfərin həyatını itirdiyi, 5 min 763 nəfərin isə yaralandığı açıqlanıb.

İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 29 fələstinlinin öldüyü, təxminən 150 nəfərin yaralandığı da bildirilib.