USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail Türkiyədən bütün diplomatlarını geri çağırıb

20.10.2023 Siyasət
0 0
İsrail Türkiyə də daxil olmaqla, region ölkələrindən bütün səfirlərini və diplomatlarını geri çağırıb. Bu inkişafdan sonra İsrail səfiri İrit Lillian və digər diplomatlar Türkiyəni tərk edib.

Qəzzada quru əməliyyatına hazırlaşan İsrail, Türkiyə də daxil olmaqla, bölgə ölkələrindən bütün səfir və diplomatlarını geri çəkəcəyini açıqlayıb.

İsrailin verdiyi açıqlamada diplomatların iki ölkə arasında yaşanan diplomatik böhrana görə deyil, təhlükəsizlik baxımından ölkəni tərk edəcəkləri bildirilib.

İsrail Milli Təhlükəsizlik Bürosu iki gün əvvəl verdiyi açıqlamada Türkiyədəki vətəndaşlarını tez bir zamanda Türkiyəni tərk etməyə çağırıb, İsrail vətəndaşları isə İstanbuldan reyslərlə ölkəni tərk ediblər.