USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail: Çoxlu Həmas komandiri öldürüldü

24.10.2023 Siyasət
0 0
İsrail ordusu Qəzza zolağında 400-dən çox hədəfin vurulduğunu və çoxlu Həmas komandirinin öldürüldüyünü açıqlayıb. HƏMAS son hücumlarda ən azı 140 nəfərin öldüyünü bildirib.

İsrailin Qəzzaya aviazərbələri gecə boyu davam edib. HƏMAS-ın verdiyi açıqlamaya görə, bombardmanda ən azı 140 adam ölüb; Yüzlərlə insan yaralanıb. İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada ölənlərin sayı 5 mini keçib.

Çərşənbə axşamı səhər saatlarında İsrail ordusunun verdiyi açıqlamada Qəzza zolağında yüzlərlə hədəfin bombalandığı və HƏMAS-ın çoxlu komandirinin öldürüldüyü açıqlanıb. Ordunun teleqram hesabından verilən açıqlamada, “İsrail Müdafiə Qüvvələri (İDF) son gündə 400-dən çox terror hədəfini vuraraq hücuma hazırlaşan çoxlu Həmas komandiri və təşkilat üzvünü öldürüb” , - deyə bildirilib.

“HƏMAS-ın hücum nöqtələri vuruldu”

Açıqlamada 5 bölgədə cəmləşən hava əməliyyatlarında HƏMAS-ın infrastrukturunun və İsrail ərazisinə raket hücumlarının həyata keçirildiyi nöqtələrin hədəfə alındığı qeyd edilib.