Nazir Koca daha 2 təyyarənin Fələstinə yardım üçün yola düşəcəyini açıqlayıb.
Səhiyyə naziri Fahrettin Koca sosial media hesabından verdiyi açıqlamada Qəzzada xəstələrə kömək etmək üçün daha 2 təyyarənin yola düşəcəyini açıqlayıb.
Nazir Koca paylaşımında, "Bu iki təyyarədəki yardım əsasən generator və tibbi ləvazimatlardan ibarətdir. Yardım təyyarələrinin sayı artıq 6-ya çatıb. Yardımlarımızı davam etdirəcəyik. Qəzzəli xəstələrimizə imkan yaratmaq üçün təşəbbüslərimiz təcili olaraq davam edir", - deyə məlumat verdi.