USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı dinləmə keçirilir

31.10.2023 Siyasət
0 0
Milli Məclisin Regional Məsələlər komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmə keçirilir.

Kommersant.az-ın məlumatına görə, dinləmədə Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri və digər qonaqlar iştirak edir.

“Qərbi Azərbaycan toponimlərinin Ermənistan tərəfindən saxta yollarla təhrif edilməsi və ədalətin bərpası yolları”, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və müasir mərhələdə zorakılıqla dəyişdirilmiş toponimlərin bərpa edilməsi çalışmaları” mövzusunda məruzələr ediləcək və mövzu ətrafında müzakirələr aparılacaq.