USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan yaxın zamanda Misirə rəsmi səfər edəcək

22.11.2023 Siyasət
0 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanda Misirə rəsmi səfər edəcək.

Kommersant.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.

"Misir rəhbərliyi Rəfah sərhəd-keçid məntəqəsində müsbət addımlar atır. İlk mərhələdə, 40 nəfər qəzzalı xərçəng xəstəsi ölkəmizə gətirilib. İkinci mərhələdə bu rəqəm xeyli artaraq, 88 xəstə və 67 nəfər xəstə baxıcısına çatdırılıb.

Biz onları şəhər xəstəxanalarımızda müalicə edirik və bundan sonra da müalicə edəcəyik. İstəyirik ki, daha çox qəzzalı xəstələr ölkəmizə gətirilsin. Ən qısa zamanda Misirə səfər təşkil edə bilərəm. Bu məsələlər bizim Misirdə əsas gündəmimiz olacaq",- deyə Ərdoğan bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 min 300-ə yüksəlib.