USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada “çevriliş planı” iddiası

23.11.2023 Siyasət
0 0
Almaniyada çevriliş planlaşdırdığı iddia edilən “İmperator Vətəndaşları” adlı təşkilata 8 əyalətdə 280 yerdə basqın edilib.

Almaniyada dövlət çevrilişi planlaşdırdığı iddia edilən “İmperator vətəndaşları” (Reyxsbürger) üzvlərinə qarşı aparılan istintaq çərçivəsində 280 yerə basqın edildiyi bildirilib.

Münhen Prokurorluğu və polisin verdiyi açıqlamaya görə, 8 ştatda eyni vaxtda keçirilən reydlərdə axtarışlar zamanı bu təşkilatla əlaqəli şəxslərə qarşı dəlillər toplanıb.

Münhen Prokurorluğunun təlimatı ilə həyata keçirilən reydlərdə şübhəlilərin Bavariya, Baden-Vürtemberq, Hessen, Şimali Reyn-Vestfaliya, Şlezviq-Holşteyn, Brandenburq, Hamburq və Aşağı Saksoniyada 280 yeri axtarılıb.

Dövlət çevrilişinə cəhddə ittiham olunaraq istintaqa cəlb olunan müttəhimlər cinayət təşkilatı yaratmaqda şübhəli bilinirlər.

2022-ci ilin dekabrında keçirilən əməliyyat zamanı ələ keçirilən və hələ də həbsdə olan müttəhimlərin “terror təşkilatına üzv olmaq” və ya “terror təşkilatına dəstək vermək” ittihamı ilə mühakimə olunacağı gözlənilir.