USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ sənaye emissiyalarını azaldacaq

29.11.2023 Siyasət
0 0
Avropa İttifaqı (Aİ) qurumları üzv ölkələrdə heyvan fermalarından və mədənlərdən sənaye emissiyalarının azaldılması ilə bağlı razılığa gəliblər.

Avropa İttifaqı (Aİ) Şurası üzv ölkələr və Avropa Parlamenti (AP) arasında danışıqlar nəticəsində sənayedən zərərli emissiyaların azaldılmasına dair yeni qaydalar barədə razılığın əldə edildiyini açıqlayıb.

Yeni qaydalara əsasən, sənaye obyektlərindən, o cümlədən iri heyvandarlıq təsərrüfatlarından havaya, suya və torpağa atılan zərərli emissiya və tullantılar azalacaq. Beləliklə, insan sağlamlığı və ətraf mühit daha yaxşı qorunacaq.

Sənaye obyektlərindən azot oksidi, ammonyak, civə, metan və karbon qazı kimi çirklənmə daha sərt qaydalara tabe olacaq.

Yeni qaydalar 2030-cu ildən etibarən ən böyük təsərrüfatlardan başlayaraq mərhələli şəkildə tətbiq olunacaq.

Dəmir, mis, qızıl, nikel və platin kimi sənaye üsulu ilə istehsal olunan filizlərin çıxarılması və emalı da daxil olmaqla mədənçilik fəaliyyəti də yeni qaydalara daxil ediləcək.