Belə kii, verilən məlumatda Putinin Rəisiyə "Mən sizin dəvətinizi qəbul edirəm" dediyi bildirilir.
Rusiya lideri sonuncu dəfə 2022-ci ilin iyulunda Tehrana səfər edib. Sonra dövlət başçıları ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
Dekabrın 7-də Rəisi rəsmi səfərlə Moskvaya gəlib. İran prezidentinin sözlərinə görə, dövlət başçıları Fələstin məsələsini, Qəzza zolağının bombalanmasının dayandırılması səylərini, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ITC) layihəsini müzakirə edəcək.