USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya ballistik raketlərlə Kiyevə hücum etdi

11.12.2023 Siyasət
0 0
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada, Rusiyanın bu gecə “Şahed” model pilotsuz uçuş aparatları (PUA) ilə, səhər saatlarında isə ballistik raketlərlə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.

Açıqlamada, ümumilikdə 18 Rusiya PUA-nın təsbit edildiyi, əksəriyyətinin Mikolayiv bölgəsində olmaqla bütün PUA-ların məhv edildiyi bildirilib.

Açıqlamada Rusiya ordusunun yerli vaxtla saat 04:00 radələrində Kiyev bölgəsinə 8 ballistik raketlə hücum etdiyi və raketlərin hamısının Ukrayna zenit-raket bölmələri tərəfindən Kiyev yaxınlığında məhv edildiyi bildirilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko da administrasiyanın Telegram-kanalında öz paylaşımında Kiyevin Darnitsa rayonuna raket hissələrinin düşməsi nəticəsində 4 nəfərin yaralandığını, evlərə ziyan dəydiyini açıqlayıb.