Siyasi partiyaların seçkilərdə iştirakından biz yalnız məmnunluq duyarıq.
Kommersant.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O qeyd edib ki, seçkilərdə iştirak edən bütün siyasi partiyalar üçün bərabər şərait yaratmaq MSK-nın vəzifəsidir və biz bunu edirik.
“Mən seçkilərdə iştirak etmək istəyən bütün siyasi partiyaları iştirak etməyə çağırıram”, - deyə o, əlavə edib.