USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna: Biz Rusiyanın Su-34 qırıcısını vurduq

23.12.2023 Siyasət
0 0
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 3 Su-34 döyüş təyyarəsinin Ukrayna ordusu tərəfindən vurulduğunu bildirib.

Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiyanın Xerson vilayətində 3 Su-34 döyüş təyyarəsinin Ukrayna müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.

Sözügedən təyyarələri vurduğu üçün Ukrayna Hərbi Hava Qüvvələrinə minnətdar olduğunu vurğulayan Zelenski, “Cənub istiqamətində, bizim Xerson bölgəsində eyni anda 3 Rus “Suşka”sını (Su-34) məhv edən əsgərlərimizə təşəkkür edirəm" dedi.

Zeleneskiy qeyd edib ki, ölkəsinə qarşı heç bir hücum “cavabsız” qalmayacaq.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat Rusiya döyüş təyyarələrinin vurulması ilə bağlı yerli mətbuata açıqlama verib.

İqnat, idarə olunan bombalarla yüklənmiş Rusiya döyüş təyyarələrinin cənub istiqamətində Ukrayna əsgərlərinə hücum etmək üçün çox yaxın məsafədən uçduğunu ifadə edərək, "İşğalçıların daha çox belə uğursuz risklərə əl atacağına ümid edirik" deyib.

İqnat Rusiya ordusuna aid 3 döyüş təyyarəsinin vurulmasını “vacib hadisə” kimi qiymətləndirib.