USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Ukraynaya hərbçilərin göndərilməsinə qarşıdır

09.01.2024 Siyasət
0 0
ABŞ prezidentliyinə namizəd Heyli Ukraynaya hərbçilərin göndərilməsinə qarşı çıxıb.

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli hesab edir ki, Ukraynaya hərbçi göndərməyə dəyməz. Bu barədə o, Fox News-da bildirib.

“Mən düşünmürəm ki, bizim Ukraynaya hərbçi göndərməyimiz lazım deyil” deyən Heyli, Kiyevin də buna ehtiyac olmadığını qeyd edib.

Eyni zamanda o, Ukraynaya yardımın zəruriliyi məsələsini haqlı adlandırıb. Onun fikrincə, ABŞ vətəndaşlarına izah edilsəydi ki, Kiyevə dəstək daha böyük münaqişənin qarşısını alacaq, onlar bunu dəstəkləyəcəklər.

O, ABŞ-ın hazırkı prezidenti Co Baydeni amerikalıların məlumatlı olmamasında günahlandırıb.