Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasında iştirakını dayandırır, lakin ATƏT-in tərkibindən çıxmır.
Kommersant.az xəbər verir ki, bu fikirləri jurnalistlərə RF Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.
O bildirib ki, Dövlət Duması və Federasiya Şurası ATƏT-in Parlament Assambleyasının fəaliyyətində iştirakın dayandırılması üzrə öz mövqeyini fevralın 21-də elan edəcək.
L.Slutskinin sözlərinə görə, Rusiya ATƏT-in tərkibindən çıxmır, Parlament Assambleyasında iştirakın dayandırılması barədə qərara yəqin ki, xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra yenidən baxılacaq.