Lavrov: Rusiyanın ATƏT-dən çıxması məsələsi havada asılıb, hələ müzakirə olunmayıb.
Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) çıxması məsələsi hələ müzakirə olunmasa da, havada asılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Duma TV portalının saytında yayımlanan Dövlət Dumasında hökumət saatında qurumdan çıxmaq ehtimalını dəyərləndirib.