USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyadakı rumınlar özlərini ukraynalı kimi tanıdır

15.02.2024 Siyasət
0 0
Digi24: Almaniyada Rumıniya vətəndaşları müavinət almaq üçün özlərini ukraynalı kimi göstəriblər.

Almaniyada müavinət almaq üçün özlərini ukraynalı kimi göstərən Rumıniya vətəndaşlarının üstünü açıblar. Cinayət sxemi barədə Rumıniyanın Digi24 telekanalı məlumat yayıb.

Qeyd olunur ki, alman hakimiyyətinin qaçqınlara yardım təklif etdiyi yerlərdə rumınlar peyda olub. Onları münaqişə zonasını tərk edən və bütün qaçqınlar kimi dəstəyə ehtiyacı olan ukraynalılar adlandırırdılar. Onlara hər cür şərait yaradılıb: yaşayış, yemək və yardım.

Sonradan bir neçə könüllü qaçqınların çoxunun ukrayna dilini bilmədiyini anladı və araşdırma başladılıb. Məlum olub ki, təkcə ölkənin cənub-qərbində Ukraynadan qaçqın olmayan 1,3 mindən çox insan yaşayır, ancaq özlərini oradan gəlmiş kimi təqdim edirlər.

Daha əvvəl Almaniya Daxili İşlər Nazirliyinin dövlət katibi Mahmud Özdəmir 2023-cü ildə ölkəyə daxil olan ukraynalıların sayı ilə bağlı məlumatları açıqlayıb. Almaniya departamentinin verdiyi məlumata görə, son bir ildə Almaniyaya 300 minə yaxın ukraynalı daxil olub.