USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO ölkələri Ukraynaya bir milyon pilotsuz uçan aparat tədarük etmək planını açıqlayıb

15.02.2024 Siyasət
0 0
Baş katib Stoltenberq: NATO Ukraynanı bir milyon pilotsuz təyyarə ilə təmin etmək istəyir.

Bir qrup NATO ölkəsi Ukraynaya bir milyon pilotsuz uçan aparat tədarük etmək qərarına gəlib. TASS xəbər verir ki, alyansın baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında belə planları açıqlayıb.

“Bir qrup müttəfiq Ukraynaya bir milyon pilotsuz uçan aparat tədarük etmək məqsədi ilə bir araya gəlib”, - deyə Stoltenberq bildirib.

Əvvəllər NATO ölkələri Ukraynaya yardım üçün 10 milyard dollarlıq müqavilələr imzalayıb.