USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Parlamenti Avropa Komissiyasını məhkəməyə verəcək

12.03.2024 Siyasət
0 0
Politico: Avropa Parlamenti Macarıstana görə Avropa Komissiyasını məhkəməyə verəcək.

Avropa Parlamenti (AP) Avropa Komissiyasını (AK) Macarıstan üçün ayrılan vəsaitlərin dondurulması ilə bağlı qərarına görə məhkəməyə verəcək. Bu barədə “Politico” qəzeti yazır.

“Biz inanırıq ki, bizim güclü arqumentlərimiz var, çünki Komissiya Macarıstanın qanunun aliliyinə hörmət edib-etməməsi ilə bağlı öz-özünə ziddiyyət təşkil edib”, – deyə nəşr Yaşıllar Partiyasından olan deputat Daniel Freunddan sitat gətirib.

Avropa Komissiyasının qərarına qarşı iddianın martın 25-dək açılacağı gözlənilir. Öz növbəsində, AK nümayəndəsi qərarın Avropa İttifaqının qanunvericiliyinə uyğun olaraq qəbul edildiyini vurğulayıb. Komissiyanın rəhbəri Ursula fon der Leyenin qərarını Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalq Partiyası da dəstəkləyib.

Ötən ilin dekabrında Avropa Komissiyası dondurulmuş 20 milyard vəsaitin 10,2 milyard avrosunun köçürülməsinə razılıq verib. Budapeşt insan haqlarının pozulmasında ittiham olunduğu üçün bu qərar mübahisələrə səbəb olub.