USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lavrov rusların seçkilərdə Putini dəstəkləyəcəyinə əmin olduğunu bildirib

14.03.2024 Siyasət
0 0
Lavrov: Ruslar seçkilərdə Putinin beynəlxalq siyasətini dəstəkləyəcəklər.

Ruslar Rusiyada keçiriləcək prezident seçkilərində hazırkı Rusiya lideri Vladimir Putinin beynəlxalq siyasət kursunu dəstəkləyəcəklər. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Prezidentin siyasəti ölkəmiz vətəndaşları tərəfindən ən geniş şəkildə dəstəklənir və şübhəsiz ki, sabahdan etibarən keçiriləcək prezident seçkilərində bu dəstək öz təsdiqini tapacaq”, - deyə diplomat əminliyini ifadə edib.

Lavrov qeyd edib ki, Rusiyanın beynəlxalq siyasətinin xətti “Qərbin demokratik adlanan bir çox ölkələrində olduğu kimi seçki dövrləri ilə deyil, dövlətimizin, Rusiya Federasiyasının bütün xalqlarının fundamental milli maraqları ilə diktə olunur”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməkdən imtina edən Avropa İttifaqı ölkələri bununla özlərinin ruhi xəstəliklərini nümayiş etdirirlər.