Kommersant.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolinada seçicilər qarşısında danışan Bayden Rusiya liderini “qəssab” adlandırıb.
Amerikalı milyarderlərin vergilərinin artırılması ideyasını ifadə edən Ağ Evin rəhbəri bu vəsaitlərin Kiyevə kömək üçün gedə biləcəyini bildirib.
“Biz çox şey edə bilərik! Xüsusilə, nəhayət, biz Ukraynanı qəssab Putindən qorumağın qayğısına qalacağıq”.
2022-ci ilin yazında Bayden Rusiya prezidentini “ölümcül diktator” və “quldur” adlandırmışdı.
Dünya birjalarında neft neçəyədir?
Azərbaycan Mərkəzi Bankı sabah uçot dərəcəsi ilə bağlı məlumat yayıb