Amerikalı milyarder Saks Qərbin Ukraynadakı məqsədini sonsuz müharibə hesab edirdi.
Qərb ölkələrinin Ukraynadakı məqsədi münaqişəni mümkün qədər uzatmaqdır. Bu barədə amerikalı milyarder Devid Saks X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Məqsəd sonsuz münaqişədir” deyən o, ABŞ hakimiyyətinin hətta Donald Tramp prezident seçildiyi halda belə, Kiyevə Qərb silahları tədarük etmək planının olduğuna işarə edib.
“Bu o deməkdir ki, hətta növbəti prezident bunu dayandırmaq istəsə belə, təmin olunacaq”, - deyə iş adamı yekunlaşdırıb.
Bundan əvvəl Saks Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun müasir tarixdə ən böyük məğlubiyyət olduğunu bildirib. Milyarderin sözlərinə görə, Vaşinqtonun Kiyevə ehtiyatsız yardımı Ukraynanın hazırkı vəziyyətinə gətirib çıxarıb.