Norveç Parlamenti (Storting) bomba təhlükəsi aldıqdan sonra boşaldılıb və giriş-çıxışa bağlanıb.
Norveçin VG qəzetinin xəbərinə görə, polisə yerli vaxtla saat 10:00-da parlamentə qarşı bomba təhdidi barədə məlumat daxil olub. Parlamentin fəaliyyəti dayandırılarkən, binanın boşaldılması barədə göstəriş verilib.
Xəbərdarlıqdan sonra polis hadisə yerinə gedərək parlament binasının giriş-çıxışlarını və küçələri bağlayıb. Bomba təhlükəsinin mənbəyi ilə bağlı açıqlama verilməyib.