USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan “Mir” iddiası: “ABŞ təzyiq edir”

04.04.2024 Siyasət
0 0
Kremlin sözçüsü Peskov, ölkələrə Mir kartlarını qəbul etməmək üçün "ABŞ tərəfindən təzyiq edildiyini" iddia etdi.

Kremlin sözçüsü Dmitri Peskov xarici bankların Rusiyanın “Mir” kartlarını qəbul etməkdən imtina etməsini ABŞ-ın açıq təzyiqi və təhdidlərinin nəticəsi kimi qiymətləndirib.

Ria Novosti-də dərc olunan iddiada Peskov, "Bu, başda ABŞ olmaqla, tamamilə gizli təzyiq və təhdidlərin nəticəsidir və təbii ki, ölkələr maliyyə strukturlarına qarşı həm birinci, həm də ikinci dərəcəli sanksiyalardan qorxurlar" dedi.

Peskov qeyd edib ki, Rusiya bu ölkələrin maliyyə sistemlərinə qarşı sanksiyaların risklərini minimuma endirəcək alqoritmlər üzərində işləmək üçün Mir kartlarından istifadə ilə bağlı müxtəlif ölkələrlə dialoqu davam etdirir.