USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan Çinə yeni tarif: Artan gömrük rüsumu

15.05.2024 Siyasət
0 0
ABŞ prezidenti Co Bayden bir sıra məhsullara, o cümlədən Çindən gələn elektrik avtomobillərinə, günəş panellərinə və polad məhsullarına əlavə gömrük rüsumları tətbiq etmək qərarına gəlib.

Çini texnologiya transferi, əqli mülkiyyət hüquqları və sahibkarlıq ilə bağlı ədalətsiz kommersiya praktikasında iştirak etməkdə və qiymətləri süni şəkildə aşağı salınmış məhsullarla qlobal bazarları zəbt etməkdə günahlandıran Birləşmiş Ştatlar Çinə 100 faiz gömrük rüsumunun tətbiqi də daxil olmaqla bir sıra yeni tədbirləri açıqlayıb.

Ağ Ev bu tədbirlərin ABŞ işçilərini və bizneslərini qorumaq üçün olduğunu bildirsə də, Çin böyük gömrük rüsumlarına qarşı öz maraqlarını qoruyacaqlarını açıqladı. Çin Ticarət Nazirliyi tərəfindən dərc edilən açıqlamada, ticarət maneələrinin iki super iqtisadi güc arasındakı əlaqələrə də təsir edəcəyi bildirilib.

Qərar, Baydenin Ağ Ev yarışında rəqibi olan keçmiş prezident Donald Trampın Çin istehsalı olan elektrik avtomobillərinin ABŞ avtomobil sənayesini məhv edəcəyi ilə bağlı aylarla tənqid etməsindən sonra verilib. Ağ Evin yaydığı açıqlamada, bu gün açıqlanan planın Çindən 18 milyard dollarlıq idxalı əhatə edəcəyi bildirilib.

Bu il ABŞ Çindən gələn elektrik avtomobilləri üçün gömrük rüsumunu 25 faizdən 100 faizə, günəş panelləri üçün vergini 25 faizdən 50 faizə, bəzi alüminium və polad məhsullarına rüsumları isə 7,5 faizdən 25 faizə qaldıracaq. qədər yüksələcək. ABŞ həmçinin 2025-ci ilə qədər yarımkeçiricilərə vergini 25%-dən 50%-ə qaldıracaq. Çindən gətirilən elektrik avtomobillərinin akkumulyatorlarına, çiplərinə və tibbi məhsullara oxşar tariflərlə əlavə gömrük rüsumları tətbiq ediləcək.