USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda milli matəm elan edilib

20.05.2024 Siyasət
0 0
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə 5 günlük rəsmi matəm elan edilib.

İranın dövlət xəbər agentliyi İRNA bildirib ki, İranın dini lideri Əli Xamneyi prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onu müşayiət edən liderlərin vəfatından sonra beş günlük matəm elan edib.

Xamenei elan edib ki, birinci vitse-prezident Məhəmməd Muhbir konstitusiyanın 131-ci maddəsinə uyğun olaraq müvəqqəti rəhbər kimi icra hakimiyyətinin başçısıdır.

Xamneyi həmçinin Abdullahiyan yerinə İran hökumət kabinetinin xarici işlər nazirinin müavini Əli Baqiri Kanini xarici işlər naziri vəzifəsini icra edən təyin edib.