ABŞ Ədliyyə Nazirliyi Amerikanın bilet satışı və paylama şirkəti Ticketmaster və onun sahibi Live Nation-a qarşı antiinhisar pozuntuları ilə bağlı iddia qaldırıb.
Departamentdən verilən açıqlamada bildirilir ki, 30 ştat və ərazi baş prokuroru ilə birlikdə Nyu-Yorkun Cənub Dairə Məhkəməsində Live Nation Entertainment və onun 100% törəmə şirkəti Ticketmaster-ə qarşı antiinhisar və digər ittihamlarla antiinhisar iddiası qaldırılıb.
Açıqlamada iddianın canlı konsert sənayesində rəqabəti bərpa etmək, pərəstişkarları üçün daha aşağı qiymətlərlə daha yaxşı seçimlər təmin etmək, çalışan musiqiçilərə və digər ifaçılara məkan qapılarını açmaq məqsədi daşıdığı vurğulanıb və Ticketmaster-in inhisar səlahiyyətindən qanunsuz istifadə etdiyi iddia edilib.
ABŞ-ın Baş prokuroru Merrick Garland məsələni qiymətləndirərkən Live Nation-ın ABŞ-da canlı hadisələr sənayesi üzərində inhisarçı nəzarətini saxlamaq üçün qeyri-qanuni, rəqabətə zidd davranışlarla məşğul olduğunu iddia edib.
Bunun nəticəsi olaraq pərəstişkarların daha çox pul ödəməsi, sənətçilərin çıxış imkanlarının daha az olması və məkanların bilet xidmətləri üçün daha az seçim olduğuna diqqət çəkən Garland, "Live Nation-Ticketmaster-i ayırmağın vaxtıdır" dedi.