USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Maliyyə Naziri Janet Yellendən 'sanksiya' açıqlaması

26.05.2024 Siyasət
0 0
ABŞ-ın maliyyə naziri Canet Yellen Reuters agentliyinə danışıb. Avropa banklarının Rusiyada “həddən artıq risklə” üzləşdiyini deyən Yellen çıxışında Türkiyəni yenidən hədəfə alıb. Yellen Çin və Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Türkiyə vasitəsilə aparılan əməliyyatlardan “narahat olduğunu” bildirib.

ABŞ Maliyyə Naziri Yellen, “Avropa bankları Rusiyada fəaliyyət göstərməklə bağlı artan risklərlə üzləşirlər və Birləşmiş Ştatlar Rusiyanın müharibə səyləri ilə bağlı əməliyyatlara kömək etdiyi aşkar edilən banklara ikinci dərəcəli sanksiyaları gücləndirməyi düşünür. Rusiyada iş görən banklara qarşı sanksiyaları potensial olaraq daha da sərtləşdirməyi nəzərdən keçiririk” deyib.

İtaliyanın şimalında keçirilən G7 maliyyə liderlərinin iclası çərçivəsində çıxış edən Yellen bildirib ki, Rusiyadakı bankların fəaliyyətinə qarşı sanksiyalar ancaq “bunun üçün bir səbəb varsa, lakin Rusiyada fəaliyyət çox böyük risk yaradırsa” tətbiq olunacaq.

Avstraliya bankı Raiffeisen Bank International və İtaliyanın UniCredit bankının Rusiyadan çəkilməsini istəyib-istəmədiyi sualına Yellen, “İnanıram ki, onların auditorları onlara orada nə edəcəkləri ilə bağlı son dərəcə diqqətli olmağı tövsiyə edib” deyib.

Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə

“Reuters”də yer alan xəbərə görə, Yellen və ABŞ Maliyyə Nazirliyi Rusiya iqtisadiyyatının getdikcə “müharibə iqtisadiyyatı”na çevrildiyini, mülki və hərbi və ya ikili məqsədli əməliyyatları ayırd etməyin çətinləşdiyini bildirib.

Xəbərdə ABŞ prezidenti Co Baydenin yeni ikinci dərəcəli sanksiyalar orqanına istinad edilərək, “ABŞ Maliyyə Nazirliyinə Moskvanın müharibəsi səbəbilə Rusiya və digər təşkilatlara qarşı ilkin sanksiyalardan yayınmağa kömək etdiyi aşkarlanan bankları ABŞ maliyyə sistemindən çıxarmaq səlahiyyəti verilib" deyilib.

“İkinci dərəcəli sanksiyaların mövcudluğu bankların Rusiya ilə münasibətlərini artıq soyudu” kimi qiymətləndirməsinə əlavə olaraq, Yellenin Türkiyə də daxil olmaqla ölkələrin Rusiyaya qarşı sanksiyaları “həyəcanverici” şəkildə pozması ilə bağlı əvvəlki bəyanatını təkrarladığı bildirilib.

“Reuters”ə danışan Yellen Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə vasitəsilə aparılan əməliyyatları əsas gətirərək Rusiyanın hərbi istehsalını artırmaq üçün lazım olan malları əldə etməyin yollarını tapmasından narahatlığını ifadə edib.