USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya diplomatları üçün səyahət məhdudiyyəti: Nota veriləcək

27.05.2024 Siyasət
0 0
Polşa Rusiyanın Polşa və Avropa İttifaqına (Aİ) qarşı hibrid müharibə apardığını iddia edərək, rus diplomatlarına səyahət məhdudiyyətləri qoyub.

Polşa xarici işlər naziri Radoslav Sikorski, AB Xarici Əlaqələr Şurasının iclası üçün olduğu Belçikanın paytaxtı Brüsseldə, Rusiyanın Polşaya qarşı hibrid müharibəsində iştirak etdikləri səbəbiylə Polşadakı rus diplomatlara səyahət məhdudiyyəti tətbiq etdiklərini açıqladı.

Buna görə Polşanın paytaxtı Varşavada Rusiya səfirliyində çalışan diplomatların yalnız Mazowze bölgəsində səyahət edə biləcəyini bildirən Sikorski, digər şəhərlərdəki konsulluq işçilərinin də yalnız vəzifə yerinə yetirmələrinə icazə veriləcəyini bildirib.

Sikorski, "Rusiya dövlətinin ölkəmizdə təxribatların təşkilində iştirakına dair dəlillərimiz var. Ümid edirik ki, Rusiya Federasiyası bunu çox ciddi bir xəbərdarlıq siqnalı kimi qiymətləndirəcək" deyən Sikorski, səyahət məhdudiyyətinin Rusiyanı əhatə etmədiyini ifadə edib.

Sikorski qeyd edib ki, sözügedən məhdudiyyətlər diplomatik nota vasitəsilə Rusiyanın Varşava səfirliyinə bildiriləcək.