USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BMT-dən 146 ölkəyə çağırış: "Dərhal atəşkəs təmin edilsin"

04.06.2024 Siyasət
0 0
Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri bütün ölkələri BMT-yə üzv olan 146 dövlət kimi “Fələstin dövlətini tanımağa” çağırıb.

BMT məruzəçiləri birgə yazılı bəyanatla çıxış edərək bütün ölkələri “Fələstin dövlətini tanımağa” çağırıblar:

“Bütün ölkələr BMT-yə üzv olan 146 ölkədən nümunə götürməli, Fələstin dövlətini tanımalı və Qəzzada dərhal atəşkəsə nail olmaq üçün əllərində olan bütün siyasi və diplomatik resurslardan istifadə etməlidirlər”.

Bəyanatda bildirilib ki, bu tanınma Fələstin xalqının hüquqlarının, azadlıq və müstəqillik uğrunda mübarizəsinin, çəkdiyi əziyyətlərin etirafıdır.

Fələstinin öz müqəddəratını təyin etmə hüququna, o cümlədən təhlükəsiz bir xalq olaraq mövcud olmaq və sərbəst inkişaf etmək qabiliyyətinə malik olduğu vurğulanan bəyanatda, “Bu, Fələstin və bütün Yaxın Şərq üçün bir prioritet olacaq. Qəzzada atəşkəs və Rəfaha bir daha hərbi hücumun olmaması, bu, dünyada davamlı sülh üçün ilkin şərtdir" qiymətləndirməsi aparılıb.

Bəyanatda son günlər Norveç, İrlandiya və İspaniya tərəfindən işğal olunmuş Fələstin ərazilərinin dövlət kimi tanınmasının müsbət qarşılandığı qeyd edilib və mayın 28-dən etibarən Fələstinin BMT-yə üzv ölkələrin əksəriyyəti tərəfindən tanındığı bildirilib:

"İki dövlətli həll həm Fələstin, həm də İsrail üçün sülh və təhlükəsizliyə aparan yeganə beynəlxalq səviyyədə qəbul edilmiş yol olaraq qalır. Bu, nəsillər boyu davam edən zorakılıq və nifrət dövrlərindən çıxış yolu olaraq qalır", - deyə bəyanatda deyilir.

BMT-nin xüsusi məruzəçiləri

BMT-nin xüsusi məruzəçiləri “İnsan Hüquqları Şurasının xüsusi mexanizmləri” kimi tanınan prosesin bir hissəsi kimi tanınırlar.

BMT-nin İnsan Hüquqları sistemindəki müstəqil ad hoc mexanizmlər, dünyanın başqa yerlərində müəyyən bir ölkənin vəziyyətini və ya tematik məsələləri həll edən Şuranın müstəqil məlumat toplama və monitorinq mexanizmləri kimi seçilir.