USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Netanyahudan "atəşkəs" bəyanatı: "Fasilə verə bilərik, amma..."

04.06.2024 Siyasət
0 0
İsrailin baş naziri Benyamin Netanyahu İsrailli məhbusların azad edilməsi üçün 42 günlük atəşkəs təmin edəcəyini, lakin Qəzzaya hücumları dayandırmayacağını açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, məhbus mübadiləsi və atəşkəs təklifləri Qəzzaya hücumları dayandırmayacaq, ancaq israilli məhbusların azad edilməsi üçün müvəqqəti atəşkəs təmin edəcək.

İsrail mətbuatında çıxan xəbərlərə görə, Netanyahu parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində çıxışında ABŞ prezidenti Co Baydenin Qəzzada açıqladığı atəşkəs və məhbus mübadiləsi təklifinə qarşı çıxıb.

Baydenin Qəzzaya hücumlara son qoyulması təklifinə ilk reaksiyasını verən Netanyahu İsrailin təklif etdiyi ilə Baydenin təklifi arasında “boşluqlar” olduğunu iddia edib.

Baydenin açıqlamalarına baxmayaraq, ilk mərhələdə azad ediləcək əsirlərin sayı ilə bağlı hələlik razılığa gəlmədiyini bildirən Netanyahu, razılaşmada bir çox detalın olduğunu və bunların hamısına nail olunmayana qədər hücumların bitməyəcəyini bildirib.

Netanyahu, "Əsirləri azad etmək üçün müharibəni 42 gün dayandıra bilərik, amma müharibəni dayandıra bilmərik" dedi.

Baş nazir Netanyahu bildirib ki, hazırkı təkliflər Qəzzaya hücumları dayandırmayacaq, ancaq Qəzzada israilli məhbusların azad edilməsi üçün müvəqqəti atəşkəsə səbəb olacaq.

Bayden atəşkəs təklifini açıqladı

ABŞ prezidenti Bayden mayın 31-də Ağ Evdəki çıxışında İsrailin 3 mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini və birinci mərhələdə 6 həftəlik atəşkəs prosesində İsrailin Qəzzadakı yaşayış məntəqələrindən çəkiləcəyini və Tərəflərin tutduğu girovlardan bəzilərinin geri alınacağını söylədi.