USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngiltərədən Livana xəbərdarlıq: İsrail Beyruta hücum edəcək

04.06.2024 Siyasət
0 0
Livanda fəaliyyət göstərən Hizbullah hərəkatı İsrailə ardıcıl raket zərbələri endirib. Hücum nəticəsində İsrailin şimalında idarəolunmaz yanğın baş verib. Yanğının yaşayış məntəqələrinə keçmə riski daşıdığı bildirilir. Bundan əlavə, İngiltərənin iyun ayı üçün Livan hakimiyyətinə xəbərdarlıq etdiyi üzə çıxıb.

Oktyabrın 7-dən Qəzzada qırğınlar törədən İsrail gecə saatlarından etibarən yanmağa başlayıb. Livandan gələn raketlərə cavab verə bilməyən İsraildəki yanğın yaşayış məntəqələrinə də keçib. Dünyada əks-səda doğuran yanğından sonra Beyruta daha əvvəl gəlmiş xarici qonaqlarla bağlı iddialar səsləndirilib. Bildirilib ki, İngiltərə Livan hakimiyyətinə 'İsrail hücum edəcək' xəbərdarlığını edib.