ABŞ Dövlət Departamentindən verilən açıqlamada, "Türkiyə F-16 satış qəbul məktubunu imzaladı" deyilib.
ABŞ Dövlət Departamenti Türkiyənin F-16 satış qəbul məktubunu imzaladığını açıqlayıb.
Prosesin başa çatması ilə Türkiyə ABŞ-dan 40 ədəd F-16 Block 70 döyüş təyyarəsi və 79 ədəd F-16 modernləşdirmə dəsti alacaq.
Nə olub?
Yanvar ayında ABŞ Dövlət Departamenti Bayden administrasiyasının Türkiyənin F-16 donanmasını modernləşdirməsini dəstəklədiyini açıqlamışdı. Bayden Konqresi Türkiyəyə 20 milyard dollarlıq F-16 satışını təsdiqləməyə çağırmışdı.