Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 74,91 dollara satılıb.
Ötən gün 75,04 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 74,77 dollarla bağladı. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:24-ə olan bağlanış qiyməti ilə müqayisədə 0,19 faiz artaraq 74,91 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 71,64 dollara alınıb.
Neft qiymətləri ABŞ prezidenti Donald Trampın Venesueladan neft və ya qaz alan ölkələrə 25% rüsum tətbiq etməsindən, Rusiya xam neftinə ikinci dərəcəli tariflər tətbiq etmək planından və İrana hücum təhdidlərindən sonra yüksəlib. Bu qlobal gərginliyin neft tədarükünü poza biləcəyi ilə bağlı narahatlıqlar qiymət artımını dəstəkləyir.
Trampın “Azadlıq Günü” olaraq xarakterizə etdiyi 2 apreldə ikitərəfli tarifləri açıqlamağa hazırlığı qlobal ticarətə mümkün təsirləri baxımından qiymətləndirilir. Trampın tarifləri qlobal miqyasda ən böyük qeyri-müəyyənlik mənbəyi olaraq qalır və digər ölkələrdən potensial qisas alması ticarət müharibəsinin dərinləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Analitiklərin fikrincə, ticarət müharibəsinin qlobal artıma təsiri ilə bağlı narahatlıqlar neft qiymətlərindəki artımlara təsir edir.
ABŞ-ın vasitəçiliyi ilə Rusiya-Ukrayna sülh danışıqlarının gedişatı investorların diqqət mərkəzində qalmaqda davam edir. Tramp Moskvanın səhvi hesab etdiyi müharibəni dayandırmaq üçün Rusiya razılığa gələ bilməsə, Rusiya neftinə “ikinci dərəcəli tariflər tətbiq edəcəyi” barədə xəbərdarlıq edib. “Bu o deməkdir ki, siz Rusiyadan neft alsanız, ABŞ-da bizneslə məşğul ola bilməzsiniz. ifadəsini işlətdi.