USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Atatürk Bulvarı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

30.04.2025 Siyasət
0 0
Ankara Böyükşəhər Bələdiyyəsi (ABB) Atatürk Bulvarının YUNESKO-nun Dünya İrsi Müvəqqəti Siyahısına daxil edildiyini açıqlayıb.

ABB-dən verilən açıqlamada bildirilib ki, paytaxtın mədəni və tarixi yaddaşında olan Atatürk Bulvarının qorunması məqsədilə 2021-ci ildə başlanan işlər nəticəsində bulvar UNESCO-nun Dünya İrs Müvəqqəti Siyahısına daxil edilib.

“Ankaranın tarixi və mədəni formalaşması üçün daha bir mühüm addım atdıq”

Atatürk Bulvarı haqqında ətraflı məlumatı UNESCO-nun "https://whc.unesco.org/en/tentativelists/6823/" ünvanından əldə etmək olar.

Digər tərəfdən ABB prezidenti Mansur Yavaş məsələ ilə bağlı sosial media hesabından açıqlama verərək, "Ankaranın tarixi və mədəni formalaşması üçün daha bir mühüm addım atdıq. Atatürk Bulvarı ''Müasir Cümhuriyyətin Planlaşdırılması və İnşası'' başlığı ilə YUNESKO-nun Dünya İrsi Müvəqqəti Siyahısına əlavə edildi. Ankarada iştirak edən bütün paytaxt təşkilatlarımıza və UNESCO-nun paytaxtımıza qatılan akademiklərə təşəkkür edirəm" ifadəsini işlədib.