Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin həllində irəliləyişin Rusiyanın qeyd-şərtsiz atəşkəsi qəbul edərək ilk addımı atmasından asılı olduğunu deyib və əlavə edib: "Biz təkid edirik ki, qeyd-şərtsiz və tam atəşkəs ilk addım olmalıdır".
Ukrayna prezidenti Vladimir Zelenski üç ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib. Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsinin həllində irəliləyiş Rusiyanın qeyd-şərtsiz atəşkəsi qəbul edərək ilk addımı atmasından asılıdır.
Ukraynanın müharibəni bitirmək üçün ABŞ ilə daha çox danışıqlara hazırlaşdığını deyən Zelenski, Rusiyanı diplomatiyaya ən güclü şəkildə təşviq edəcək təzyiq nöqtələrini seçdiklərini söyləyib.
Rusiya prezidenti Vladimir Putinin Sovet İttifaqı və müttəfiqlərinin İkinci Dünya Müharibəsindəki qələbəsinin 80-ci ildönümü münasibətilə mayın 8-11-i arasında Ukraynada atəşkəs tətbiq etmək qərarını tənqid edən Zelenski, atəşkəs üçün mayın 8-nə qədər gözləməyə ehtiyac olmadığını bildirib.