Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ölkəsi ilə ABŞ arasında nadir metallar sazişinin 24 saat ərzində imzalanması gözlənilir.
Ukraynanın 1+1 telekanalında canlı yayımda çıxış edən Şmiqal ABŞ və Ukrayna arasında imzalanması gözlənilən nadir torpaq elementləri müqaviləsinə hazırlıq prosesini dəyərləndirib.
Ukrayna Baş nazirinin müavini və İqtisadiyyat naziri Yuliya Sviridenkonun məsələ ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a getdiyini qeyd edən Şmıqal, "Amerikalı həmkarlarımızla artıq yekun təfərrüatları yekunlaşdırırıq. Bütün son təfərrüatlar yekunlaşdıqda, inşallah, yaxın gələcəkdə, yaxın 24 saat ərzində müqavilə imzalanacaq və ilk addımı atacağıq" deyib.
“Bu müqavilənin predmeti heç bir yardım deyil”
Ukraynanın baş naziri Şmıqal həmçinin qeyd edib ki, ABŞ-la imzalanması gözlənilən sazişdə Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiyasına zidd olan maddələr yoxdur. Sözügedən razılaşmaya əsasən Ukrayna üçün “İnvestisiya Fondu”nun yaradılacağını xatırladan Şmıqal, daha sonra bu çərçivədə daha iki texniki müqavilənin imzalanmasının lazım olacağını bildirib.
Aprelin 18-də nadir torpaq elementləri sazişi çərçivəsində Ukrayna ilə ABŞ arasında anlaşma memorandumu imzalanıb.