USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Serbiya prezidenti Vuçiç Trampla görüşü ləğv edib

04.05.2025 Siyasət
0 0
Serbiya prezidenti Aleksandr Vuçiç ABŞ-a rəsmi səfəri zamanı sinəsində şiddətli ağrı hiss etdikdən sonra prezident Donald Trampla görüş də daxil olmaqla, bütün planlarını ləğv edərək ölkəsinə qayıdıb.

Serbiya prezidenti Aleksandr Vuçiç aprelin 30-da başlayan ABŞ səfəri zamanı xəstələnib.ABŞ-da xəstələnən və prezident Donald Trampla Floridadakı Mar-a-Laqo malikanəsində görüş də daxil olmaqla, bütün mühüm planlarını ləğv etməli olan Vuçiç günorta saatlarında Belqrada enib. Serbiya prezidenti Vuçiç Belqraddakı Hərbi Tibb Akademiyasında müalicə olunub.

“Vuçiçin səhhəti stabildir”

Serbiya Müdafiə Nazirliyinin Hərbi Sağlamlıq İdarəsinin rəhbəri, kardioloq Draqan Dinçiç verdiyi açıqlamada prezident Vuçiçin sağlamlıq vəziyyətinin stabil və qənaətbəxş olduğunu, lakin onun yaxın bir neçə gün ərzində normal fəaliyyətinə dönəcəyini gözləməyin real olmadığını bildirib. Vuçiçin ABŞ-da olarkən sinəsində bir neçə saniyə davam edən şiddətli ağrılar hiss etdiyini ifadə edən Dinçiç, son 10 ildə prezidentin səhhətini izlədiyini və bu müddət ərzində Vuçiçin 3 dəfə yüksək təzyiqlə bağlı xəstəlikləri olduğunu, lakin heç birinin sonuncusu qədər ciddi olmadığını bildirib.