USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp: Suriyaya qarşı sanksiyalar ləğv ediləcək

14.05.2025 Siyasət
0 0
ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb. Tramp bu qərarı prezident Ərdoğan və Səudiyyə vəliəhdi ilə məsləhətləşdikdən sonra verdiyini açıqlayıb.

Tramp Körfəz turu çərçivəsində Ər-Riyadda iştirak etdiyi Səudiyyə Ərəbistanı-ABŞ Birgə İnvestisiya Forumunda çıxış edib. ABŞ prezidenti Tramp çıxışında ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaları xatırladıb və sanksiyaları ləğv edəcəklərini açıqlayıb.

Prezident Ərdoğanla telefonla danışdığını xatırladan Tramp, "Ötən gün Türkiyə lideri Ərdoğan da oxşar tələblə çıxış etdi. Bunu Yaxın Şərqdəki digər hörmətli dostlarım da söyləyib. Suriyaya qarşı sanksiyaları qaldıracağıq" ifadələrindən istifadə edib.

Dünən İstanbuldakı danışıqlara özünün də qatıla biləcəyini deyən Tramp, “(ABŞ dövlət katibi) Marko Rubio bu həftə Türkiyədə Suriyanın yeni xarici işlər naziri (Əsəd Həsən Şeybani) ilə görüşəcək” deyib.

Suriya xalqının böyük çətinliklər, əzab və ölümlər yaşadığını bildirən Tramp, "Ümid edirəm ki, yeni hökumət ölkəni sabit və sülh içində saxlaya bilər. Suriyada görmək istədiyimiz budur" qiymətləndirmə aparıb.

Suriya qərarı alqışlayır
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ABŞ prezidenti Donald Trampın ölkəsinə qarşı sanksiyaları ləğv edəcəkləri barədə açıqlamasını alqışlayıb və bu inkişafı “Suriya xalqı üçün tarixi dönüş nöqtəsi” kimi qiymətləndirib.