USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putinin təhqiri və müharibə təhdidi: "Donuz balaları"

18.12.2025 Siyasət
0 0
Rusiya Prezidenti Vladimir Putin Avropa və Ukrayna mərkəzli danışıqların rədd edilməsi halında Ukraynanın işğalını genişləndirəcəklərini açıqladı. Onun Avropa liderləri üçün "donuz balası" ifadəsini işlətməsi Moskvanın diplomatik dildən tamamilə imtina etdiyinin göstəricisi kimi şərh edildi.

Rusiya Prezidenti Vladimir Putin Moskvada Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşündə Qərbə açıq bir ultimatum verdi. Putin bildirib ki, əgər Avropa və Ukrayna "maddi danışıqlar" aparmasalar, Rusiya Ukraynadakı hərbi məqsədlərini genişləndirəcək.

Putin deyib: "Əgər qarşı tərəf və onların xarici havadarları ciddi danışıqlardan imtina etsələr, Rusiya hərbi yolla tarixi ərazilərinin azad edilməsinə nail olacaq".

"Bufer zonası"na vurğu

Rusiya liderinin açıqlamalarında digər diqqətəlayiq element "bufer zonası" idi. Putin Ukrayna ərazisində yaradılan və yaradılacaq təhlükəsizlik zonasının genişləndirilməsinin gündəmdə olduğunu göstərərək, işğalın müvəqqəti deyil, strateji və daimi bir məqsədə çevrildiyini göstərirdi.

Putinin Avropa liderləri üçün "donuz balası" ifadəsini işlətməsi Kremlin artıq Avropa paytaxtlarını bərabərhüquqlu diplomatik tərəfdaş hesab etmədiyini ortaya qoydu. Bu dil Rusiyanın Qərblə münasibətlərində yeni bir qırılma mərhələsinə qədəm qoyması kimi şərh olunur.

“Təhdid edilənlər bizik”

Rusiyanın müdafiə naziri Andrey Belousov (Busov) NATO-nun 2030-cu ilə qədər Rusiya ilə mümkün müharibəyə hazırlaşdığını iddia etdi. Rusiyanın müdafiə xərclərinin ÜDM-in 5,1 faizinə çatdığını bildirən nazir “Biz təhdid etmirik, bizi təhdid edirlər” dedi.