Fitch Ratings, ABŞ və Çinin tariflərin müvəqqəti azaldılmasının ticarət gərginliyini azaltdığını, lakin bu, ticarət müharibəsinin bitdiyi və qlobal artım üçün risklərin davam etdiyi anlamına gəlmədiyini bildirib.
Fitch-in verdiyi açıqlamada ABŞ və Çinin qarşılıqlı olaraq tətbiq etdikləri gömrük rüsumlarını 3 ay müddətində azaltmaq barədə razılığa gəldiyi xatırladılıb.
Bəyanatda deyilir ki, razılaşma dünyanın iki ən böyük iqtisadiyyatını ciddi şəkildə pozacaq bir çöküşün qarşısını almaq istəyindən xəbər verir.
Açıqlamada ötən ay yüksək gömrük rüsumları səbəbiylə ABŞ-Çin ticarət axınına zərbə endirilməsi ehtimalından sonra Fitch-in 2025-ci il üçün qlobal iqtisadi artım proqnozunu aşağı saldığı xatırladılıb və əldə olunan razılaşma nəticəsində ABŞ-da mövcud orta tarif dərəcəsinin 23 faizdən 13 faizə endiyi qeyd edilib.
Bəyanatda bunun qlobal artıma daha kiçik bir zərbə demək olacağı, lakin cari nisbətin hələ də keçən ilki 2,3 faizdən xeyli yuxarı olacağı vurğulanıb.
"Təchizat zəncirlərində əlavə fasilələr ola bilər"
ABŞ-Çin razılaşmasının onsuz da nəzərəçarpacaq iqtisadi təsiri olan ticarət müharibəsinin sona çatması anlamına gəlmədiyi vurğulanan bəyanatda ABŞ Maliyyə Naziri Scott Bessentin sazişin ölkənin Çin idxalından asılılığını azaldacağı və “strateji ehtiyaclar üçün iqtisadi ayrışma” prosesini davam etdirəcəyi, lakin ABŞ-ın ümumi siyasətinin “dekoupling” olmadığını” xatırladıb.