USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin İstanbula gələcək? - Bu barədə Kreml məlumat yayıb

14.05.2025 Siyasət
0 0
Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında mayın 15-də İstanbulda keçirilməsi gözlənilən danışıqlarla bağlı mühüm açıqlamalar verib.Peskov, Putinin uyğun görəcəyi təqdirdə heyətin adlarının açıqlanacağını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında mayın 15-də İstanbulda keçirilməsi gözlənilən danışıqlarla bağlı Moskvada jurnalistlərə açıqlama verib.

Peskov qeyd edib ki, nümayəndə heyətinin adları Rusiya prezidenti Vladimir Putin tərəfindən lazım bildiyi zaman açıqlanacaq.

“Əlavə şərh verməyi planlaşdırmırıq”

Rusiyanı İstanbulda təmsil edəcək heyətdə kimin olacağı ilə bağlı sualı cavablandıran Peskov, “Rusiya prezidenti Vladimir Putin lazım bildiyi zaman açıqlayacağıq” deyib.

Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin İstanbulda Putinlə üz-üzə görüş təklifinə necə reaksiya verdiklərini soruşduqda, "Bu nöqtədə Putinin mayın 9-dan sonra verdiyi açıqlamalardan başlamaq lazımdır. Rusiya tərəfi cümə axşamı baş tutması nəzərdə tutulan danışıqlara hazırlaşmağa davam edir. İndi başqa şərh verməyi planlaşdırmırıq" dedi.

Danışıqların İstanbulda aparılması razılaşdırılıb

Putin mətbuata verdiyi açıqlamada mayın 15-də İstanbulda Ukrayna ilə sülh danışıqlarına yenidən başlamağı təklif edib və prezident Rəcəb Tayyib Ərdoğandan danışıqlar üçün platforma təqdim etməyi xahiş edəcəyini açıqlayıb.