USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna prezidenti Zelenski Türkiyəni tərk edib

16.05.2025 Siyasət
0 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edən Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəni tərk edib.

Ukraynalı diplomatik mənbələrdən alınan məlumata görə, Türkiyəni tərk edən Zelenski sabah VI Avropa Siyasi Birliyinin Zirvə Toplantısının keçiriləcəyi Albaniyanın paytaxtı Tiranaya gedəcək.

Zelenski Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb və Ukraynanın Ankaradakı səfirliyində İstanbul sülh danışıqları ilə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.