USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çinin Qrenlandiya ilə bağlı Danimarkaya mesajı: Biz onun suverenliyini dəstəkləyirik

19.05.2025 Siyasət
0 0
Çinin xarici işlər naziri Vanq Yi Pekində Danimarka xarici işlər naziri Lars Lokke Rasmussenlə görüşündə ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı bəyanatlarını açıq şəkildə dəstəkləyib: "Biz Danimarkanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik".

Donald Trampın Qrenlandiyanı ilhaq etmək istədiyi barədə açıqlamalarından sonra Çin Danimarkanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb. Pekinin verdiyi bəyanatda mesaj "Suverenliyi tam dəstəkləyirik" olub.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Vanq Yinin açıqlamaları belə olub:

"Çin Danimarkanın suverenlik və ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəkləyir. Ümid edirik ki, Danimarka da Çinin qanuni suverenlik iddialarını dəstəkləməyə davam edəcək".

Tramp Qrenlandiyaya təzyiqi gücləndirir
ABŞ prezidenti Donald Tramp 2019-cu ildə zəngin yeraltı sərvətləri ilə tanınan Qrenlandiyanı almaq arzusunu dilə gətirib. Yanvar ayında ikinci dəfə vəzifəyə gələn Tramp bu planı yenidən gündəmə gətirib. Tramp son açıqlamasında “Qrenlandiyanı alacağıq, bəli, 100 faiz” deyərək ilhaqla bağlı “real danışıqlar” apardıqlarını bildirib.