Ukrayna və Rusiya nümayəndələrinin İstanbul görüşündən sonra ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında iki saatlıq telefon danışığı olub. Görüşün çox məlumatlı və faydalı keçdiyini bildirən Putin, "Ukrayna ilə razılaşma əldə olunarsa, atəşkəs mümkündür" dedi.
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Tramp və Putin arasında iki saatdan çox davam edən görüş başa çatıb.
Rusiya xəbər agentliyinin məlumatına görə, Putin görüşün çox məlumatlı və faydalı olduğunu qeyd edib.
“Ukrayna ilə razılaşma əldə olunarsa, atəşkəs mümkündür”
Putin "Rusiya Kiyevlə gələcək sülh danışıqları üçün memorandum üzərində işləməyə hazırdır. Ukrayna ilə razılıq əldə olunarsa, atəşkəs mümkündür. Ümumiyyətlə, biz düzgün yoldayıq, Rusiya və Ukrayna hər iki tərəfə uyğun kompromislər tapmalıdır. Böhranın köklü səbəbləri aradan qaldırılmalıdır. İstanbulda Ukrayna ilə təmaslar tərəflərin düzgün istiqamətdə getdiyini göstərir", - deyə bildirib.
Tramp sosial şəbəkədə açıqlama verib
Tramp şənbə günü Truth Social hesabında "Görüşün mövzuları ticarət və orta hesabla həftədə 5000-dən çox rus və ukraynalı əsgərin ölümünə səbəb olan qan gölünün dayandırılması olacaq", - deyib.