USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyəyə 757 milyon avroluq yeni maliyyə

03.06.2025 Siyasət
0 0
Xəzinə və Maliyyə Nazirliyi Türkiyənin irriqasiya infrastrukturunun modernləşdirilməsi üçün Dünya Bankından 757,1 milyon avro maliyyə ayırıb. Xəzinə və maliyyə naziri Mehmet Şimşək, “Ortamüddətli Proqrama uyğun olaraq, suvarma sahəsində dövlət infrastruktur sərmayələrinə önəm verilərək, ölkəmizin kənd təsərrüfatında potensialının dəstəklənməsinə, ərzaq qiymətlərində sabitliyin təmin edilməsinə və ərzaq təminatı təhlükəsizliyinin dəstəklənməsinə yönəlib” dedi.

Nazirlikdən alınan məlumata görə, Türkiyənin xaricdən əlverişli şərtlərlə maliyyə vəsaiti əldə etmək cəhdləri davam edir.

Dünya Bankının İcraçı Direktorlar Şurası Türkiyə suvarma sisteminin modernləşdirilməsi-2 Layihəsi çərçivəsində 757,1 milyon avro məbləğində krediti təsdiqləyib.

Layihə çərçivəsində kredit məbləği Xəzinə və Maliyyə Nazirliyi tərəfindən Dövlət Su İşləri Baş İdarəsinə (DSİ) veriləcək və layihə DSİ tərəfindən həyata keçiriləcək.

Ümumi resurs 1 milyard avronu keçir
Layihə DSİ tərəfindən də həyata keçirilən Türkiyənin Suvarma Müasirləşdirilməsi Layihəsinin davamıdır. Hazırda layihə çərçivəsində bankdan 317,3 milyon avro xarici maliyyə vəsaiti əldə edilib.

Yeni maliyyələşdirmə ilə Türkiyənin suvarma sisteminin modernləşdirilməsi üçün bankdan 1 milyard avrodan çox xarici maliyyə ayrılıb.