USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

03.06.2025 Siyasət
0 0
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı xam neftin tavan qiymətinin aşağı salınmasını ehtiva edən 18-ci sanksiyalar paketinin hazırlanmasına başlayıb.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Berlində ABŞ senatoru Lindsey Graham ilə görüşündən sonra sosial media hesabında paylaşım edib.

ABŞ Senatının və Respublikaçıların önəmli simalarından olan Qremlə xoş görüş keçirdiyinə diqqət çəkən Von der Leyen, "AB, xam neftin tavan qiymətinin endirilməsi də daxil olmaqla, 18-ci sərt sanksiya paketini hazırlayır. Bu addımlar ABŞ-ın gördüyü tədbirlərlə birlikdə atılan sanksiyaların ortaq təsirini əhəmiyyətli dərəcədə artıracaq" dedi.

Aİ Komissiyasından verilən açıqlamada, AB-nin Rusiyanın enerji gəlirlərini, o cümlədən Şimal axını infrastrukturunu, Rusiyanın bank sektorunu və xam neftin qiymət həddinin azaldılmasını hədəfləyən 18-ci sanksiya paketi üçün hazırlıqlara başladığı vurğulanıb.

Rusiyanın neftini nəql etmək üçün istifadə etdiyi kölgə donanmasını hədəf alan addımların da həyata keçirildiyi, məqsədin Kremlin maliyyə resurslarını azaltmaq olduğu xatırladılıb.

Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar, eləcə də qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalır.